Azərbaycan və Bolqarıstan idmançılarının iştirakı ilə festival olacaq
Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə iyunun 5-də Bakıda Gənclərin İdman Festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı İdman Sarayında təşkil ediləcək festivalda akrobatika gimnastikası, güləş, kapoeyra və breyk-dans növlərində idmançılar mübarizə aparacaqlar.
Tədbirdə Azərbaycan və Bolqarıstan idmançıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Saat 15.00-da başlanacaq, festivalın sonunda mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, festivala qatılacaq Bolqarıstan nümayəndə heyəti Azərbaycana bu gün gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB