“Məşqçilərimizi tanıyaq” layihəsinin növbəti qonağı Qurban Qurbanov olub - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi, əməkdar məşqçi və şöhrət ordenli Qurban Qurbanovla görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşüb.

Tədbir zamanı Qurban Qurbanova Gənclər və İdman Nazirliyi tərəfindən hədiyyə təqdim olunub. Daha sonra isə Qurban Qurbanovla bağlı video-çarx nümayiş etdirilib. Eyni zamanda tədbirin gedişi zamanı Qurban Qurbanov ona yönləndirilən sualları da cavablandırıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə