Cüdo üzrə Azərbaycan yığmasına baş məşqçi təyin olunub

Cüdo üzrə Azərbaycan yığmasına baş məşqçi təyin olunub

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub. Federasiyadan SİA-ya verilən məlumata görə, Ramiz Ramizzadəni Rüstəm Alimli əvəzləyib.

Bildirilib ki, Ramizzadənin vəzifəsindən azad olunması Göygöl Olimpiya İdman Kompleksində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar deyil: "Baş məşqçi federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb. Göygöldə özünü pis hiss edən cüdoçular 15 yaşadək idmançılardır. Ramizzadə isə 15 yaşdan yuxarı - 18 yaşadək idmançılardan ibarət yığmanın baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə