Xətai rayonunda stolüstü tennis üzrə turnir keçirilib - FOTOLAR

Xətai rayonunda stolüstü tennis üzrə turnir keçirilib - FOTOLAR

Xətai rayon məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirilib. SİA xəbər verir ki, “Kaspi” liseyində keçirilən yarışda rayonun orta təhsil müəssisələrinin komandaları iştirak ediblər. Maraqlı mübarizə şəraitində keçən turnirin nəticəsinə əsasən, 147 nömrəli Texniki Humanitar liseyin komandası birinci yeri tutub. Heydər Əliyev adına liseyin komandası ikinci, “Kaspi” liseyinin stolüstü tennisçiləri isə üçüncü pillədə qərarlaşıblar.

Turnirin sonunda Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən qaliblərə müxtəlif dərəcəli medal və diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə