Şaquli qaçış yarışı keçiriləcək

Şaquli qaçış yarışı keçiriləcək

Aprelin 17-də Çinar Plazada ilk şaquli qaçış yarışı təşkil olunacaq. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlunata görə, turnir Azərbaycan Triatlon Federasiyası və “Triterra” klubunun təşkilatçılığı ilə keçiriləcək. İştirakçılar 32 mərtəbədə 660 pilləkənlərlə 122 metr yüksəkliyə qalxaraq yarışacaqlar.

Hündür tikililərdə qaçmağı əhatə edən bir idman növüdür. Yarışlar adətən göydələnlərin daxili pilləkənlərində keçirilir, lakin bu termin hündürlüyə qalxan istənilən qaçış yarışını əhatə edə bilər.

Bu yarışlar tez-tez Taipei 101 (Taypey), Menara Tower (Kuala Lumpur), Willis Tower (Çikaqo), CN Tower (Toronto), Eyfel Qülləsi (Paris), Evrika Qülləsi (Melburn), Swissotel (Sinqapur), Tower 42 (London), Empire State Building (Nyu York) daxil olmaqla dünyanın ən hündür göydələn və qurğularında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə