UFC döyüşçüsü Rafael Fiziev Bakıda səfərdədir

UFC döyüşçüsü Rafael Fiziev Bakıda səfərdədir

Məşhur UFC döyüşçüsü Rafael Fiziev Bakıda səfərdədir. Rafael Fiziev 1993-cü il martın 5-də Qazaxıstanda anadan olub. SİA-nın verdiyi məlumata görə, "Ataman" ləqəbi ilə tanınan UFC döyüşçüsü hazırda "Tiget Muay Tai & MMA" idman klubunda çıxış edir. Döyüş sahəsində ilk debütünü 2015-ci il iyulun 8-də Sem Basti qarşı keçirib və qələbə qazanıb. Rafaelin aktivində ümumilikdə 8qələbə olub. Mark Diakiese, Aleks Vayt, Nurcan Tutkayev, Nandin Erdene, Seung Yeon Kim, Suray Bahadur, Gündüz Nəbiyev və Sem Bastinə qalib gələn Rafel yalnız Məhəmməd Mustafayeva məğlub olub.

Bakıya səfəri çərçivəsində aprelin 14-də Rafel Fiziev RENZO GRACIE Akademiyasında master klass keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə