Voleybolçular arasında Azərbaycan Yüksək Liqasının vaxtı müəyyənləşib

Voleybolçular arasında Azərbaycan Yüksək Liqasının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. XIII turunun oyunları martın 26-da təşkil olunacaq. Qurumdan SİA-ya verilən xəbərə görə, günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” üz-üzə gələcək. Bu matçdan 2 saat sonra “Ekspress” – MOİK oyununa start veriləcək. Hər iki görüş “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə