PSJ-də futbolçular arasında iki klan

PSJ-də futbolçular arasında iki klan

PSJ-nin futbolçuları arasında gərginlik artır.

SİA Qol.az-a istinadən xəbər verir ki, komandada iki klan formalaşıb. Bunlar cənubi amerikalı və fransızdilli oyunçulardan ibarətdir. Oyunçu qrupları arasında gərginlik Çempionlar Liqasının 1/8 finalında "Real" 1:3 hesablı məğlubiyyətdən sonra yüksəlib və Fransa çempionatında "Monako"ya uduzulan (0:3) görüşdən sonra daha da artıb.

Liqa 1 oyunundan sonra heç bir oyunçunun nə soyunub-geyinmə otağında, nə də geri dönərkən danışdığı bildirilir. Bunun komandadakı əhval-ruhiyyəni xarakterizə etdiyi vurğulanıb.

Qrupların birində hesab edirlər ki, digər qrupun futbolçuları lazımi fədakarlıq nümayiş etdirmir. Klub rəhbərliyi isə bu futbolçularla kifayət qədər ciddi davranmır və onlara güzəştlər edir.

Bütün xəbərlər Facebook səhifəmizdə