Azərbaycan Premyer Liqası: “Zirə” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Zirə” qələbə qazanıb

Bu gün, martın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

SİA xəbər verir ki, açılış matçında "Zirə" klubu "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 34-ə çatdıran "Zirə" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 13 xalı olan "Sumqayıt" isə yeddinci pillədə qalıb.

Qeyd edək ki, günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşacaq. Tura martın 6-da oynanılacaq "Keşlə" - "Sabah" və "Qarabağ" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə