"Lester" və PSV 1/8 finalda

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

SİA xəbər verir ki, 8 cavab oyunundan artıq 5-i başa çatıb və ilk 1/8 finalçıların adına aydınlıq gəlib.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Marsel"i (Fransa) sınağa çəkib. Komandamız qarşılaşmada 0:3 hesabı ilə uduzub. Ümumilikdə 1:6 hesabı ilə məğlub olan "Qarabağ" yarışda mübarizəni dayandırıb.

Həmçinin "Lester", "Partizan", PSV və "Budyo Qlimt" də 1/8 finala adını yazdırıb.

Qarşılaşmalardan 3-ü isə saat 00:00-da başlayacaq. "Fənərbaxça" Çexiya "Slaviya"sının qonağı olacaq.

UEFA Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Marsel" (Fransa) - 0:3

Qollar: Qeye, 12, Genduzi, 77, Delafonte, 90+2

İlk oyun - 1:3

21:45. "Randers" (Danimarka) - "Lester" (İngiltərə) - 1:3

Qollar: Odey, 84 - Barnes, 2 Maddison, 70, 74

İlk oyun - 1:4

21:45. "Partizan" (Serbiya) - "Sparta" (Praqa, Çexiya) - 2:1

Qollar: Qoeş, 7, 24 – Hlozek, 85

İlk oyun - 1:0

21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - PSV (Niderland) - 1:1

Qollar: Saborit, 90+1 – Vertessen, 85

İlk oyun - 0:1

21:45. "Budyo Qlimt" (Norveç) - "Seltik" (Şotlandiya) - 2:0

Qollar: Solbakken, 9, Vetlesen, 69

İlk oyun - 3:1

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Fənərbaxça" (Türkiyə)

İlk oyun - 3:2

00:00. "Vitess" (Niderland) - "Rapid" (Vyana, Avstriya)

İlk oyun - 1:2

00:00. PAOK (Yunanıstan) - "Midtüllan" (Danimarka)

İlk oyun - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə