Azərbaycan təmsilçisi “Pekin-2022”nin final mərhələsində çıxış edib

Azərbaycan təmsilçisi “Pekin-2022”nin final mərhələsində çıxış edib

Azərbaycanı “Pekin-2022” Qış Olimpiya Oyunlarında təmsil edən Yekaterina Ryabova qadın fiqurlu konkisürənlərin fərdi yarışlarının final mərhələsində sərbəst proqramda çıxış edib.

SİA-nın verdiyi məlumata görə, təmsilçimiz sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Hakimlər onun çıxışını 118,15 xalla qiymətləndiriblər. Yekaterina Ryabova fevralın 15-də qadın idmançıların qısa proqramında 61,82 xal qazanmışdı. Beləliklə, atletimiz “Pekin-2022”dəki mübarizəsini 179,97 xalla başa çatdırıb.

Hazırda qadın fiqurlu konkisürənlərin final yarışı davam edir. 25 idmançının mübarizəsinin yekun nəticələri yaxın saatlarda bilinəcək. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev “Pekin-2022”də 18-ci yeri tutub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə