"Fənərbaxça" "Sivasspora" qonaq olacaq

Türkiyə Super Liqasının 23-cü həftəsində sabah səfərdə "Sivasspor"la qarşılaşacaq "Fənərbaxça"nın düşərgə heyəti açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, çətin qarşılaşmadan əvvəl “Fənərbaxça”da 6 futbolçu heyətdə yer almayıb. Sarı-göylü komandada baş məşqçi İsmayıl Kartal düşərgə heyətinə Berke, Ərtoğrul, Bartu, Kim Min-Jae, Tisserand, Serdar Aziz, Novak, Burak Kapacak, Çağtay, Osayi, Nazım, Qustavo, Crespo, Meyer, Sosa, Zajc, Pelkas, İrfan Can, Rossi, Valencia, Serdar Dursun və Berişanı düşərgəyə daxil edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə