“Sivasspor” Mahir Emrelinin transferi üçün “Legiya”ya təklif göndərdi

Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

Türkiyənin “Sivasspor” klubu Azərbaycan millisinin və “Legiya”nın (Polşa) hücumçusu Mahir Emrelini transfer etmək istəyir. SİA xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Sivas klubu 25 yaşlı hücumçu ilə bağlı Varşava təmsilçisinə təklif göndərib.

Bu mövsümün əvvəlindən “Legiya”da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə