Bu mənim üçün olduqca qüruverici bir hal idi - İDMANÇI TƏƏSSÜRATLARINI DANIŞDI

Bu mənim üçün olduqca qüruverici bir hal idi - İDMANÇI TƏƏSSÜRATLARINI DANIŞDI

"Azərbaycan Respublikasında idman sahəsinin təməlini qoyan Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə böyük addımlar atmışdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bildirib.

Onun sözlərinə görə, Ulu Öndərin davamçısı, Milli Olimpiya Komitəsinin sədri Prezident İlham Əliyev də idman sahəsində olduqca vacib addımlar atmışdır. Cənab Prezident 2003-cü ildə ölkə başçısı vəzifəsinə təyin olunduqdan sonra Azərbaycan dövlətinin inkişafında, Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıtmaqda böyük cəhdlər göstərmiş və idmançılara hər bir dəstəyi göstərmişdir. Qeyd etmək istərdim ki, 2008-ci ildə Olimpiya Çempionu olduğum zaman cənab Prezident İlham Əliyev və onun ailəsi Pekin Olimpiya Oyunlarının cüdo zalında əyləşmişdilər və mən qalib gələrək üçrəngli bayrağımızı dalğalandırdım. Bu mənim üçün olduqca qüruverici bir hal idi.

Həmçinin onu qeyd etmək istərdim ki, cənab Prezident həm mənəvi, həm də maddi cəhətdən idmançıların yanındadır. Bizim ölkəmizi layiqincə təmsil etməyimiz üçün hər cür şəraiti yaradır. İlham Əliyev idman sahəsinə xüsusi diqqət yetirir. Bildirmək istərdim ki, bu il bizim üçün əlamətdar ildir. 30 illik işğaldan sonra torpaqlarımız azad edilmişdir. Biz bundan sonrakı müsabiqələrdə azad bir ölkənin idmançıları kimi dövlətimizi layiqincə təmsil edəcəyik".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə