Edin Dzeko karyerasını "İnter"də davam etdirməyə yaxındır

Edin Dzeko karyerasını "İnter"də davam etdirməyə yaxındır

"Roma"nın futbolçusu Edin Dzeko karyerasını "İnter"də davam etdirməyə yaxındır.

SİA xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Şkira məlumat yayıb. Milan təmsilçisi 35 yaşlı hücumçu ilə 2 illik müqavilə üçün razılaşıb. "İnter" bosniyalı futbolçunu "Çelsi"yə keçməyə hazırlaşan Romelu Lukakunun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Dzeko 2016-cı ildən "Roma"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə