"Paris-2024" Olimpiya oyunlarının açılış mərasimi Sena çayı üzərində baryalarda təşkil olunacaq - Fransa Prezidenti

"Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi Sena çayı üzərində barjalarda təşkil olunacaq.
SİA xəbər verir ki, bu haqda" Tokio-2020" Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmiş Fransa Prezidenti Emmanuel Makron “L’Equipe” idman kanalına müsahibəsində bildirib.
Fransa prezidenti qeyd edib ki, “Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Toni Estangenin komandası, eləcə də digər kollektivlərin və dövlət xidmətlərinin birgə fəaliyyəti nəticəsində Paris Olimpiya Oyunlarının açılış mərasiminin bənzərsiz və yenilikçi bir mərasim olacaq. E.Makron unudulmaz bir açılış mərasimi təşkil etməyi arzulayır. “İstəyirik ki, açılış mərasimi həqiqətən də populyar, hamıya açıq olsun. Təcrübə baxımından bənzərsiz, çox yenilikçi və fransızlar üçün mənası olsun, dünyaya mesaj versin”, - deyə E.Makron diqqətə çatdırıb.
Fransa prezidentinin yanında olan Paris Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Toni Estange bildirib ki, məqsəd söylənilən fikirləri, seçimləri qarşıdan gələn aylarda, ən geci cari ilin sonuna qədər təsdiqləməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə