Tiaqo Motta bu klubda baş məşqçilik edəcək

Tiaqo Motta bu klubda baş məşqçilik edəcək

İtaliyanın "Spezia" klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA İtaliya A seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı Tiaqo Motta çalışdıracaq. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu karyerasında PSJ, "İnter", "Barselona" kimi klublarda çıxış edən braziliyalı məqşçi 2018-ci ildə karyerasını başa vurub. O, 2019-cu ilin sentyabrında "Cenoa"ya baş məşqçi təyin olunsa da, orada cəmi 4 ay çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə