Formula 2-nin açılış sessiyasında Yuri Vips fərqləndi - BAKI 2021

Pilotların əksəriyyətinin Bakı Şəhər Halqası (BŞH) ilə yeni tanış olduğu bir vaxtda “Hitech” Qran Pri komandasının pilotu Yuri Vips davamlı nəticəsini təkmilləşdirməklə “Campos Racing” komandasının pilotu Ralf Boşunqdan 0,7 saniyə daha tez, “ART” Qran Pri komandasının pilotu Teo Porşaredən isə 1 saniyədən daha çox vaxt fərqi ilə sərbəst yürüşü birinciliklə başa vurdu. SİA xəbər verir ki, Monte Karlonun dar və dolanbaclı trekindəki çətinliklərdən iki həftədən az bir müddət keçdikdən sonra, 2021-ci ildə yeni mövsümün iştirakçıları Bakının uzun, geniş və düz yolları ilə fərqlənən şəhər trekində mübarizə aparmağa gəldilər.

Bir çoxları üçün bu, Bakı Şəhər Halqası ilə ilk tanışlıq idi və onlar yeni mühitə uyğunlaşmağa çox da tələsmirdilər. “MP Motorsport” komandasının pilotları Lirim Zendeli və Riçard Verşor sessiyanın ilk beş dəqiqəsində yüksək çıxış nümayiş etdirsələr də, daha sonra bu tempi qoruya bilmədilər.

Sessiyanı müvafiq olaraq 5-ci və 6-cı yerdə bitirən Oskar Piastri və Markus Armstronq ilk olaraq asfaltın isinməyə başladığı vaxtda, dövrələri ən yüksək sürətlə tamamladılar. Markus Artmstronq trekdə baş vermiş iki qəzadan çox əvvəl ilkin standartı 2:00.851 saniyə olaraq təyin etmişdi.

Marino Satonun bolidi divara çırpılaraq ön sağ təkəri yararsız vəziyyətə düşdü. Lirim Zendelinin bolidi trekdən çıxdı və onun 16-cı döngədə hərəkət sahəsində sıxışması Virtual Təhlükəsizlik Maşını xəbərdarlığının verilməsi ilə nəticələndi.

2019-cu ildə keçirilmiş FIA Formula 2 Çempionatının Bakı mərhələsinin sonuncu yarışında qalib gələn Cek Eytken sessiyanın qəzadan sonrakı davamında dövrəni 2 dəqiqənin altına enərək 1:57,840 saniyəyə tamamladı. Lakin “HWA RACELAB” komandasının pilotu uzun müddət zirvədə qala bilmədi, çünki Dan Tiktum liderliyi ələ keçirmək üçün həmvətənlisi Cek Eytkendən 0.115 saniyə fərqlənərək önə çıxdı.

Eytken nəticələrini yaxşılaşdırdı və sessiyanın ən sürətlisi olmaq üçün etdiyi növbəti cəhdində divara çırpıldı. Lakin bu hədəfə Ralf Boşunq yiyələndi və 1:57.517 saniyəlik nəticə ilə sessiyanın ən yaxşısı oldu. Robert Şvartsman qısa müddətliyinə sessiyada liderliyi ələ keçirdi, lakin isveçrəli tezliklə liderliyini bərpa etdi və göstəricisini 1 dəqiqə 57 saniyədək yaxşılaşdırdı. Şvartzmanın liderliyə yüksəlmək cəhdləri davam etsə də, “PREMA” komandasının pilotu sessiyanı 4-cü sırada tamamladı.

Sessiyanın bitməyinə bir neçə dəqiqə qalmış Boşunq lider kimi görünsə də, həm Porşare, həm də Vips zamanlamada anidən önə çıxdılar. Vips ilk 10-luqdan sonra gələn pilotlarla arasındakı vaxt fərqini azı 1 saniyəyə çıxardı.

Boşunq cavab həmləsi etdi, lakin zamanlamada gecikdi və sessiyanı estoniyalıdan 0,7 saniyə geri qalaraq Porşarenin önündə 2-ci yerdə tamamladı.

Roy Nissaninin bolidinin bir neçə dəfə fırlanaraq divara dəyməsi səbəbindən trekdə hərəkət vaxtından əvvəl dayandırıldı. Qırmızı bayrağa səbəb olan Nissani bolidindən salamat çıxdı, lakin onun qəzaya uğraması sessiyanın sonu ilə nəticələndi.

Bent Viskal sessiyanın əvvəlində xal toplamağının an məsələsi olduğunu demişdi və hollandiyalı pilot almaniyalı rəqibi David Bekmanı qabaqlayaraq 7-ci yerdə qərarlaşdı. Sessiyanın əvvəlindəki yüksək tempinə baxmayaraq, Tiktum sessiyanın sonunda 9-cu yerə yiyələnə bildi, Kristyan Lundqard isə öz növbəsində adını ilk 10-luğa yazdırmağa nail oldu.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə