"Fənərbaxça"nın yeni məşqçisi - KİMDİR?

"Fənərbaxça"nın yeni məşqçisi - KİMDİR?

Bir çox məşqçi namizədinin gündəmə gəldiyi "Fənərbaxça"da, prezident Ali Koçun "Yeni bir riskə ehtiyac yoxdur. Komandanı yaxından tanıyan Emre Belözoğlu, bu işi asanlıqla boynuna götürəcək" dediyi öyrənilib. Beləliklə vəzifəni yenidən ona təhvil verməyə hazırlaşdığı anlaşılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni mövsümdə prezident Ali Koç və klub üzvləri, Super Liqada çempionluqdan başqa bir şey düşünmür və bu istiqamətdə planlarını çox diqqətlə həyata keçirməyə davam edirlər.

Bilindiyi kimi Koç, ilk işinin, namizədliyini açıqladıqdan sonra texniki komitəni təyin etmək olduğunu və bunun üçün 1 iyun tarixini göstərdiyini söyləmişdi.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə