Rəhbərlikdən Fatih Terimə şok sözlər

Rəhbərlikdən Fatih Terimə şok sözlər

Təcrübəli məşqçi Fatih Terim sezonun son matçından sonra ayrılacağı barədə sözlər deyib. Terim "Sözümə əməl etdim, müqaviləm 31 mayda bitir" dedi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tənqidlərin oyuna başlamazdan əvvəl Türk Telekom Stadionundakı tribunadan başladığı ortaya çıxıb. Texniki direktor Fatih Terimin oyuna Mustafa Muhammed yerinə Halil Dervişoğlu ilə başlamasını doğru hesab etməyən idarəçilərin başqa bir reaksiyası Arda Turan və Emre Akbaba ilə bağlı olduğu bildirilir.

Sarı-qırmızılıların, "Belə heyyətlə bu matça çıxmaq olar?" sözləri tribunada olanları və Terimə dəstək olanları narahat edib. Matçın sonunda eyni adamlar “İlk yarını boşa verdik. 45 dəqiqədə 1-2 dənə də atsaq, bəlkə çempion olardıq”deyərək Fatih Terimi tənqid ediblər.

Texniki direktor Fatih Terimin də yuxarıda göstərilən reaksiyalardan xəbərdar olduğu və bu vəziyyətə görə depressiyaya düşdüyü ifadə edilib. Yeni Malatyaspor matçında Terim ilk yarını 1-0 geridə bağlayarkən ikinci hissəyə Yedlin əvəzinə Şener, Arda Turan yerinə Muhammed və Emre Akbaba yerinə Kerem Aktürkoğlu alaraq ikinci hissəyə başlamışdı. Sarı-qırmızılılar matçı 3-1 hesabına çevirsələr də, bu nəticə çempionluq üçün yetərli olmamışdı.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə