"Çempionluq yoxdursa, uğur da yoxdur" - Fənərbaxçanın meneceri

Fənərbaxçanın texniki meneceri Emre Belözoğlu, Kayseridəki 2-1 qalibiyyətindən sonra açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fənərbaxça mövsümü qələbə ilə başa vurdu.

Kayserispor səfərində Super Liqada 2020-2021 mövsümünün son həftəsinə daxil olan Fənərbaxça rəqibini 2-1 hesabı ilə məğlub etdi. Bu nəticə ilə Fənərbaxça, 84 xalla çempion olan Beşiktaş və 84 xalla ikinci Qalatasaraydan sonra Liqanı 82 xalla üçüncü sırada tamamladı.

Matçdan sonra danışan Emre Belözoğlu, "Qazandıq, Fənərbaxça matç qazandığına sevinir, amma çempion olmadığı zaman, nəticə nə olursa-olsun, heç bir nailiyyət yoxdur. Bütün məsuliyyəti öz üzərimizə götürməliyik. Çempionluq yoxdursa qalibiyyət də yoxdur, bunu qəbul edirik"-deyib.

Belözoğlu həmçinin çempion olan Beşiktaşı da təbrik edib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə