Avropa çempionatının kubokuna JURNALİST BAXIŞI

Avropa çempionatının kubokuna JURNALİST BAXIŞI

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib. SİA-nın verdiyi məlumata görə, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Günü-gündən çiçəklənən ölkəmizin belə mötəbər yarışlara ev sahibliyi etməsi sevindirici haldır. Belə ki, bu cür yarışlarının keçirilməsi Azərbaycanın tanınması, çiçəklənməsi, beynəlxalq dərəcədə təşkilatçılıq təcrübələrinin qazanılması yolunda böyük və qətiyyətli addımlardır. Azərbaycan bu yolla öz inkişafını, mulikultural və zəngin mədəniyyəti dünyaya sərgiləyir. Prezidentimiz cənab İlham Əliyəvin bu cür düşünülmüş addımlar atması isə Azərbaycana dünya ölkələri arasında ad qazandırmışdır.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə