“Konyaspor” doğma meydanda darmadağına sevinib, “Qalatasaray”dan vacib qələbə

“Konyaspor” doğma meydanda darmadağına sevinib, “Qalatasaray”dan vacib qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 39-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Antalyaspor” – “Göztəpə” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Dənizlispor” da “Rizəspor”a məğlub olub.

“Konyaspor” doğma meydanda “Fatih Karagümrük” üzərində darmadağına sevinib. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşan “Qalatasaray” da turu qələbə ilə başa vurub.

Türkiyə Super Liqası

39-cu tur

2 may

Antalyaspor – Göztəpə 2:3

Qol: Fredi, 5-pen. Podolski, 67 – Esiti, 31. Yahoviç, 66. Nukan, 84.

Dənizlispor – Rizəspor 0:1

Qol: Samudio, 72.

Konyaspor – Fatih Karagümrük 5:1

Qol: A.Çalık, 33. Çikalleşi, 61; 85. Bütüqi, 64. Şengeliya, 90+2 – Lens, 30.

Gənclərbirliyi – Qalatasaray 0:2

Qol: Dervişoğlu, 44. Akbaba, 53.

1 may

Beşiktaş – Hatayspor 7:0

Qol: Akintola, 2-öz qapısına. Larin, 11; 14; 55; 65. Nkudu, 38. R.Yılmaz, 44.

3 may

17:00 Başakşəhər – Ankaragücü

17:00 Kasımpaşa – Alanyaspor

17:00 Yeni Malatyaspor – Kayserispor

21:30 Fənərbaxça – Ərzurumspor

21:30 Qaziantep – Sivasspor

Bütün xəbərlər Facebook səhifəmizdə