“Çelsi” evdə, “Mançester Siti” isə səfərdə qələbəyə sevinib

“Çelsi” evdə, “Mançester Siti” isə səfərdə qələbəyə sevinib

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.

“Brayton” doğma meydanda “Lids” üzərində inamlı qələbə sevinib. “Everton” isə “Aston Villa” ilə matçdan məğlub ayrılıb.

“Çelsi” bu dəfə evdə “Fulhem”lə qarşılaşıb. London təmsilçisi də turu inamlı qələbə ilə başa vurub.

Lider “Mançester Siti” bu turda “Kristal Pelas” səfərinə yollanıb. Növbəti qələbəsini rəsmiləşdirən “şəhərlilər”in çempionluğu elə bu tur rəsmiləşə bilər.

İngiltərə Premyer Liqası

34-cü tur

1 may

Kristal Pelas – Mançester Siti 0:2

Qol: Aquero, 57. Torres, 59.

Brayton – Lids 2:0

Qol: Qross, 14. Uelbek, 79.

Çelsi – Fulhem 2:0

Qol: Haverts, 10; 49.

Everton – Aston Villa 1:2

Qol: Kalvert, 19 – Uotkins, 13. El-Qazi, 80.

30 aprel

Sauthempton – Lester Siti 1:1

Qol: Uord-Prauz, 61 – Evans, 68.

2 may

17:00 Nyukasl – Arsenal

19:30 Mançester Yunayted – Liverpul

22:15 Tottenhem – Şeffild Yunayted

3 may

21:00 Vest Bromviç – Vulverhempton

23:15 Bernli – Vest Hem

Bütün xəbərlər Facebook səhifəmizdə