“Çelsi” doğma meydanda “Brayton”un müqavimətini qıra bilməyib

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Brayton”un müqavimətini qırmağa çalışıb. Lakin tərəflər bu oyundan qolsuz ayrılıblar.

Bu tur keçirilməli olan “Sauthempton” – “Kristal Pelas”, “Aston Villa” – “Mançester Siti”, “Lester Siti” – “Vest Bromviç” matçları təxirə salınıb.

İngiltərə Premyer Liqası

32-ci tur

20 aprel

Çelsi – Brayton 0:0

16 aprel

Everton – Tottenhem 2:2

Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.

17 aprel

Nyukasl – Vest Hem 3:2

Qol: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.

Vulverhempton – Şeffild Yunayted 1:0

Qol: V.Xose, 60.

18 aprel

Arsenal – Fulhem 1:1

Qol: Nketia, 90+7 – Maya, 59.

Mançester Yunayted – Bernli 3:1

Qol: Qrinvud, 48; 84. Kavani, 90+3 – Tarkovski, 50.

19 aprel

Lids – Liverpul 1:1

Qol: Lyorente, 87 – Mane, 31.

Bütün xəbərlər Facebook səhifəmizdə