“Tottenhem” “Everton” səfərindən bir xalla dönüb

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Son turda “Mançester Yunayted”ə məğlub olan “Tottenhem” bu dəfə “Everton” səfərinə yollanıb. London təmsilçisi səfərdən 1 xalla dönüb.

İngiltərə Premyer Liqası

32-ci tur

16 aprel

Everton – Tottenhem 2:2

Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.

17 aprel

15:30 Nyukasl – Vest Hem

23:15 Vulverhempton – Şeffild Yunayted

18 aprel

16:30 Arsenal – Fulhem

19:00 Mançester Yunayted – Bernli

23:00 Lids – Liverpul

20 aprel

23:00 Çelsi – Brayton

Bütün xəbərlər Facebook səhifəmizdə