“Ronaldo heç vaxt lider olmayıb”

"Yuventus" un keçmiş futbolçusu Mauro "Yuventus" un ulduzu Kriştiano Ronaldo ilə bağlı tənqidi fikirlər söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 58 yaşlı Mauro Ronaldonun heç vaxt lider olmadığını və heç vaxt olmayacağını söyləyib.

Ronaldonun oyun tərzini tənqid edən Massimo Mauro “Kriştiano Ronaldo heç vaxt lider olmayıb və olmayacaq da. Demək olar ki, bir şirkət kimidir. Dövriyyəsı komandadan daha vacibdir. Komanda yoldaşları ilə oynamır və hər zaman top vurmaq üçün topu vermələrini xahiş edir. Mükəmməl bir futbolçudur, amma komanda oyunçusu deyil”.

Qeyd edək ki, Mauro deyib ki, “Juventusda keçmişdən daha yaxşı performans göstərə bilmədi. Çempionlar Liqasında da yaxşı deyildi. Bu səbəbdən Ronaldo ilə yolları tərk etmək yaxşıdır”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...