“Sevilya” təxirə salınmış oyunda “Elçe”ni məğlub edib

“Sevilya” təxirə salınmış oyunda “Elçe”ni məğlub edib

Futbol üzrə İspaniya La Liqasında 2-ci turdan təxirə salınmış bir oyun keçirilib.

SİA xəbər verir ki, “Sevilya” doğma meydanda “Elçe” ilə qarşılaşıb.

Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. Bu qələbədən sonra xallarının sayını 54-ə çatdıran “Sevilya” 4-cü pillədə qərarlaşıb. “Elçe” isə 24 xalla 17-cidir.

İspaniya La Liqası

2-ci turun oyunu

17 mart

Sevilya – Elçe 2:0

Qol: En Nesiri, 43. F.Vaskes, 89.

Bütün xəbərlər Facebook səhifəmizdə