“Sumqayıt” - “Səbail” qarşlaşmasının heyətləri

“Sumqayıt” - “Səbail” qarşlaşmasının heyətləri

Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürür. SİA-nın məlumatına görə, bu gün ilk iki oyun keçiriləcək.

Bununla “Qarabağ” və “Sumqayıt” turnirdə mübarizəyə start götürəcək. Mərhələnin açılış matçında ikincilər “Səbail”i qəbul edəcək. Azərbaycan kubokları tarixində birinci dəfə üz-üzə gələcək komandaların duelində Bakı təmsilçisi evə sərfəli nəticə ilə dönməyə çalışacaq.

Çempionatın lideri “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək. Cütün favoriti şübhəsiz ki, Ağdam təmsilçisidir. Ancaq “qırmızı-qaralar” da təslim olmaq fikrində deyil.

Qeyd edək ki, bu cütlüklərin cavab görüşləri fevralın 6-da baş tutacaq.

Azərbaycan kuboku
1/4 final
1 fevral (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 23. Milovan Petrovik, 4. Ali Sisey
Baş məşqçi: Aftandil Hacıyev
“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə