“Sevilya” və “Valensiya”dan qələbə, “Real” gözlənilmədən məğlub olub

“Sevilya” və “Valensiya”dan qələbə, “Real” gözlənilmədən məğlub olub

Futbol üzrə İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü dörd görüş baş tutub.

Səfərdə “Eybar”la qarşılaşan “Sevilya” inamlı qələbəyə sevinib. “Valensiya” “Elçe”ni minimal hesabla məğlub yola salıb. “Vilyarreal” isə “Real Sosyedad”la ev oyununda qələbəni son anda əldən verib.

“Real” da doğma meydanda “Levante”ni sınağa çəkib. Madrid təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.

İspaniya La Liqası

21-ci tur

30 yanvar

Eybar – Sevilya 0:2

Qol: Okampos, 28-pen. Cordan, 55.

Real – Levante 1:2

Qol: Asensio, 13 – Morales, 32. Rocer, 78.

Valensiya – Elçe 1:0

Qol: Vass, 22.

Vilyarreal – Real Sosyedad 1:1

Qol: Parexo, 3 – İsak, 90+3.

29 yanvar

Valyadolid – Hueska 1:3

Qol: Toni, 90+3 – Mir, 37; 50; 57.

31 yanvar

17:00 Xetafe – Alaves

19:15 Kadis – Atletiko

21:30 Qranada – Selta

00:00 Barselona – Atletik

1 fevral

00:00 Betis – Osasuna

Bütün xəbərlər Facebook səhifəmizdə