Bakının “Neftçi” klubunun danışıqlar apardığı növbəti hücumçunun kimliyi bəlli olub. Bakı təmsilçisinin maraq dairəsinə düşən forvard Brayt Edomvonimdir.
SİA-nın məlumatına görə, baş məşqçi Samir Abbasovun israrı ilə afrikalı legionerə 6 ay+1 illik müqavilə təklif olunub. Əgər maliyyə şərtləri uyğun olsa futbolçunun icarə variantı da mümkündür.
Nigeriyalı futbolçu müqavilə ilə Vyananın “Austriya” klubuna məxsusdur. O, “Rok Football Academy”nin yetirməsidir. 2017-2018-ci illərdə Türkiyədə “Çaykur Rizəspor”un da formasını geyinən hücumçu, həmçinin “Zalsburq”, “Liferinq”, “Vaker İnnsbruk”, “TSV Hartberq” və “Şturm Qrats”da da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB