Türkiyənin “Alanyaspor” klubu heyətini 19 yaşlı vingerlə gücləndirib

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, Super Liqa təmsilçisi mavritaniyalı yarımmüdafiəçi El Mami Tetahı transfer edib.

Bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı vingerlə 4.5 illik müqavilə imzalanıb.

Mavritaniyanın gənclərdən ibarət yığmasının üzvü olan El Mami Tetahın sonuncu klubu ölkəsinin “Ksar” olub.

Bütün xəbərlər Facebook səhifəmizdə