Türkiyə Superkuboku oyununda məşqçilər arasında qalmaqal yaşanıb

Türkiyə Superkubokunda “Trabzonspor”la “Başakşəhər” arasında keçirilən oyunda qalmaqal yaşanıb.

SİA-nın məlumatına görə, matçın son dəqiqələrində məşqçilər arasında insident baş verib.

“Trabzonspor”un 86-cı dəqiqədə vurduğu qələbə qolundan sonra hər iki komandanın texniki zonasında gərginlik olub. “Başakşəhər”in baş məşqçisi Okan Buruk hakimə etirazını alqışla bildirib. “Trabzonspor”un köməkçi məşqçisi Egemen Qorxmaz isə Burukın hərəkətinə söyüşlə cavab verib. Gərginliyin artdığını görən referi Qorxmazı və “Başakşəhər”in texniki zonasından bir məşqçini qırmızı vərəqə göstərərək tribunaya göndərib.

Qeyd edək ki, oyun “Trabzonspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə