Ötən ilin rəmzi komandası açıqlandı UEFA

UEFA 2020-ci ilin rəmzi komandası ilə bağlı səsvermənin nəticələrini açıqlayıb.

SİA-nın qurumun rəsmi saytına istinadən məlumatına görə, ən yaxşı "11-lik"də Almaniya "Bavariya"sının 4 futbolçusu yer alıb.

Həmçinin İspaniya "Barselona"sından Lionel Messi, İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və Fransa PSJ-sindən Neymar da rəmzi komandaya düşüb.

Qapıçı: Manuel Noyer ("Bavariya")

Müdafiəçilər: Yozua Kimmix, Alfonso Deyvis ( hər ikisi"Bavariya"), Serxio Ramos ("Real Madrid", İspaniya), Vircil Van Deyk ("Liverpul", İngiltərə)

Yarımmüdafiəçilər: Lionel Messi ("Barselona"), Kevin De Bröyne ("Mançester Siti", İngiltərə), Tyaqo Alkantara ("Liverpul")

Hücumçular: Kriştianu Ronaldu ("Yuventus"), Robert Levandovski ("Bavariya"), Neymar (PSJ)

Qadın futbolçulardan ibarət rəmzi "11-lik" isə aşağıdakı kimidir:

Qapıçı: Sara Buaddi ("Lion", Fransa)

Müdafiəçilər: Maqdalena Eriksson ("Çelsi", İngiltərə), Vendi Renar, Kadeyşa Byukenen (hər ikisi "Lion"), Lusi Bronz ("Mançester Siti", İngiltərə)

Yarımmüdafiəçilər: Amandin Şantal Anri, Sara Byork Qunnarsdottir (hər ikisi "Lion"), Keyra Hamraoui ("Barselona", İspaniya)

Hücumçular: Delfin Kaskarino ("Lion"), Pernilla Harder ("Çelsi"), Daniel Van de Donk ("Arsenal", İngiltərə)

Qeyd edək ki, sorğuda 6 milyona yaxın azarkeş iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə