"Atletik" klubunda yeni baş məşqçi

"Atletik" klubunda yeni baş məşqçi

İspaniyanın "Atletik" komandasına yeni baş məşqçi təyinatı gerçəkləşib.

SİA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, Bilbao təmsilçisi Marselino Qarsiya Torala tapşırılıb.

55 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən Qaiska Qaritanonu əvəzləyib.

Qeyd edək ki, M.Q.Toral daha əvvəl İspaniyanın "Valensiya", "Vilyarreal", "Sevilya", "Rasinq", "Saraqosa", "Rekreativo", "Sportinq" və "Lealtade" komandalarına rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə