“Yuventus” darmadağın edilib, "Parma"dan növbəti məğlubiyyət

“Yuventus” darmadağın edilib, "Parma"dan növbəti məğlubiyyət

Futbol üzrə İtaliya A Seriyasında 14-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Açılış matçında autsayder “Krotone” doğma meydanda “Parma”nı qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə seviniblər.

Andrea Pirlonun rəhbərlik etdiyi “Yuventus” isə “Fiorentina” ilə üz-üzə gəlib. Turin klubu doğma meydanda darmadağına üzülüb.

İtaliya A Seriyası

14-cü tur

22 dekabr

Krotone – Parma 2:1

Qol: Messias, 24; 44 – Kuçka, 57.

Yuventus – Fiorentina 0:3

Qol: Vlahoviç, 3. A.Sandro, 76-öz qapısına. Kaseres, 81.

23 dekabr

21:30 Verona – İnter

23:45 Udineze – Benevento

23:45 Spetsiya – Cenoa

23:45 Sampdoriya – Sassuolo

23:45 Roma – Kalyari

23:45 Napoli – Torino

23:45 Milan – Latsio

23:45 Bolonya – Atalanta

Bütün xəbərlər Facebook səhifəmizdə