Beynəlxalq Həvəskar Boks Assosiasiyasında (AİBA) yeni şuralar yaradılacaq. SİA-nın məlumatına görə, bunu qurumun yeni prezidenti Umar Kremlyov açıqlayıb. O bildirib ki, assosiasiyada üç şura yaradılmasına qərar verib: "Biz Çempionlar şurası, Məşqçilər şurası və Veteranlar şurası yaradacağıq. Bütün dünyadan olan boksçuları toplayacağıq. AİBA-nın Çempionlar şurasına Olimpiya və dünya çempionlar daxil olacaq". Qeyd edək ki, Kremlyov dekabrın 12-də AİBA prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB