“İnter” və “Yuventus”dan qələbə, “Milan” doğma meydanda xal itirib
Futbol üzrə İtaliya A Seriyasında 11-ci tura yekun vurulub.
SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Çempionlar Liqasında mübarizəni dayandıran “İnter” yerli çempionatda bu tur çərçivəsində “Kalyari” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. “Yuventus” da “Cenoa” ilə səfər matçından qalib ayrılıb. Lider “Milan” isə doğma meydanda “Parma” ilə qarşılaşmada xal itkisi ilə üzləşib.
“Napoli” “Sampdoriya”nı, “Atalanta” “Fiorentina”nı məğlub yola salıbsa, “Roma” səfərdə “Bolonya”nı darmadağın edib.
İtaliya A Seriyası
11-ci tur
13 dekabr
Kalyari – İnter 1:3
Qol: Sottil, 42 – Barella, 77. D`Ambrosio, 84. Lukaku, 90+4.
Napoli – Sampdoriya 2:1
Qol: Lozano, 53. Petanya, 68 – Yankto, 20.
Bolonya – Roma 1:5
Qol: Kristante, 24-öz qapısına – Poli, 5-öz qapısına. Dzeko, 10. Pelleqrini, 15. Veretu, 35. Mxitaryan, 44.
Atalanta – Fiorentina 3:0
Qol: Qosens, 44. Malinovski, 55. Toloy, 63.
Cenoa – Yuventus 1:3
Qol: Sturaro, 61 – Dibala, 57. Ronaldo, 78-pen; 89-pen.
Milan – Parma 2:2
Qol: T.Hernandes, 58; 90+1 – Hernani, 13. Kurtiç, 56.
11 dekabr
Sassuolo – Benevento 1:0
Qol: Berardi, 8-pen.
12 dekabr
Krotone – Spetsiya 4:1
Qol: Messias, 7; 90+6. Reka, 49. Eduardo, 56 – Farias, 18.
Torino – Udineze 2:3
Qol: Belotti, 66. Bonatsoli, 67 – Pussetto, 24. De Paul, 54. Nestorovski, 69.
Latsio – Verona 1:2
Qol: Kaysedo, 56 – Lazzari, 45-öz qapısına. Tameze, 67.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB