"Başakşehir” klubunun futbolçuları “Paris Sen-Jermen” ilə oyunda meydanı tərk ediblər

"Başakşehir” klubunun futbolçuları “Paris Sen-Jermen” ilə oyunda meydanı tərk ediblər
Türkiyənin "Başakşehir" klubunun futbolçuları və məşqçiləri UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın "Paris Sen-Jermen" ilə oyunda meydanı tərk etdilər. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin hücumçusu Demba Baya qarşı matçın ehtiyat hakimi tərəfindən irqçi ifadələr söyləməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə