“Skilling Open”in finalında Maqnus Karlsen və Uesli So növbəti oyunda mübarizə aparacaqlar

Noyabrın 30-da “Skilling Open” onlayn şahmat superturnirinin final oyununun ikinci matçı keçiriləcək.

SİA xəbər verir ki, həlledici mərhələdə norveçli dünya çempionu Maqnus Karlsen və amerikalı Uesli So mübarizə aparacaqlar. Final çərçivəsində şahmatçıların birinci matçı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, yarışa qatılan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...