Mirça Rednik: \"Xəzər Lənkəran\" - \"Bakı\" matçı şou xarakterli “Qarabağ” - “Neftçi” oyunundan çox fərqli bir qarşılaşma oldu\"
\"Bakı\" ilə oyundan sonra \"Xəzər Lənkəran\"ın baş məşqçisi Mirça Rednik ənənəvi olaraq oyundan sonra keçirilən mətbuat konfransına azarkeşlərə təşəkkürünü bildirirməklə başlayıb: "Sağ olsunlar ki, yenə də stadiona gəlib sona qədər dəstəklərini verdilər". Siasport.az saytı xəbər verir ki, o bu gün əsl baxımlı Avropa futbolunu gördüyünü söyləyib: "Hər iki komanda çoxlu real imkanlar yaratdı. Bu oyun iki saat öncə şou xarakterli "Qarabağ" – "Neftçi" oyunundan çox fərqli bir qarşılaşma oldu".
Rednik "Bakı"nın baş məşqçisinin işinə də müsbət qiymətini verdi: "Həmkarımı da təbrik etmək istəyirəm, onun yaratdığı komanda kifayət qədər təşkilatlanmış və intizamlı oyun göstərir. Başa düşürəm ki, onun üçün çox çətindir, çünki o yalnız final mərhələsi öncəsi komandaya gəlib".
"Qarşıda bizi axırıncı oyun gözləyir. Biz "Neftçi" ilə qarşılaşacağıq və bu bizim üçün şərəf oyunu olacaq", - deyə sonda baş məşqçi qeyd edib.
Qonaq komandanın baş məşqçisi Aleksandr Starkov da oyunun maraqlı keçdiyini bildirib: "Oyun maraqlı məcrada keçdi, ikitərəfli mübarizə var idi. İlk hissədə meydan sahiblərinin ərazi üstünlüyü olsa da, hesab edirəm ki, ikinci yarıda biz də çoxlu vəziyyətlər yaratdıq. Belə oyun birinci qola kimi davam edir, ardınca isə qol vuran tərəf böyük üstünlük əldə edir. Rəqibimiz də məhz bu şəkildə üstünlüyü əldə etdi. Ümumilikdə, oyun çox gərgin alındı".
Sonda Starkov həmkarını təbrik edib və "Xəzər Lənkəran\"a qarşıdakı turda və kubok oyunun finalına uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB