Zidan "Real"dan getdi

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan Madrid təmsilçisini tərk edib. SİA klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı qapıçı azad agent statusu ilə "Rayo Valyekano"ya keçib.

Qolkiper 2 illik müqaviləyə imza atıb.

"Real"ın əsas komandasına 2019-cu ildə götürülən Luka ötən mövsümü icarə əsasında "Rasinq"də keçirmişdi. O, Sequnda təmsilçisində 33 matça çıxmış, 42 top buraxmışdı.

Zinəddin Zidanın 4 oğlu var və hamısı futbolçudu. Əlcəzair əsilli fransalı çalışdırıcının böyük oğlu Entso hazırda klubsuzdu.

Bütün xəbərlər Facebook səhifəmizdə