“Bavariya" UEFA Superkubokunun qalibi olub

Bu gün futbol üzrə UEFA Superkubokunun qalibi müəyyənləşib.

SİA xəbər verir ki, mükafat uğrunda həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutub.

UEFA Çempionlar Liqasının son qalibi “Bavariya” (Almaniya) Avropa Liqasının ən güclüsü “Sevilya”nı (İspaniya) sınağa çəkib. Rəqiblər indiyədək hərəyə 1 dəfə bu kuboka sahib çıxdığından ikinci mükafat üçün mübarizə aparıblar.

Qarşılaşmada hesabı 13-cü dəqiqədə penalti qazanan “Sevilya” açıb. Amma Almaniya nəhəngi fasiləyə qədər buraxılan qolun əvəzini çıxmağı bacarıb. İkinci hissədə qapılara qol vurulmayııb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac durulub. Məhz əlavə vaxtda daha bir qol vuran “Bavariya” əzmkar qələbə ilə Superkubokun qalibi adını qazanıb.

UEFA Super Kuboku

24 sentyabr

“Bavariya” – “Sevilya” 2:1

Qol: Qoretska, 34. Martines, 104 – Okampos, 13-pen.

Baş hakim: Entoni Teylor (İngiltərə).

Budapeşt. “Puşkaş Arena” stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə