“Napoli”dən səfər qələbəsi, “Yuventus” ilk turda darmadağına sevinib

Futbol üzrə İtaliya A Seriyasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü dörd qarşılaşma baş tutub.

“Sassuolo” – “Kalyari” matçında qalib müəyyənləşməyib. Səfərdə “Parma” ilə qarşılaşan “Napoli” inamlı qələbəyə sevinib. “Cenoa” isə “Krotone”ni darmadağın edib.

Son çempion “Yuventus” ilk turda “Sampdoriya”nı sınağa çəkib və darmadağına sevinib.

İlk turun “Benevento” – “İnter”, “Udineze” – “Spetsiya” və “Latsio” – “Atalanta” matçları təxirə salınıb.

İtaliya A Seriyası

1-ci tur

20 sentyabr

Parma – Napoli 0:2

Qol: Mertens, 63. İnsinye, 77.

Cenoa – Krotone 4:1

Qol: Destro, 6. Pandev, 9. Zappakosta, 34. Pyatsa, 75 – Riviere, 28.

Sassuolo – Kalyari 1:1

Qol: Burabia, 87 – Simeone, 77.

Yuventus – Sampdoriya 3:0

Qol: Kuluşevski, 13. Bonuççi, 79. Ronaldo, 89.

19 sentyabr

Fiorentina – Torino 1:0

Qol: Kastrovilli, 78.

Verona – Roma 0:0

21 sentyabr

22:45 Milan – Sampdoriya

Bütün xəbərlər Facebook səhifəmizdə