“Vilyarreal” doğma meydanda “Eybar”ı, “Selta” isə “Valensiya”nı məğlub edib

Futbol üzrə İspaniya La Liqasında 2-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Vilyarreal” doğma meydanda “Eybar”ı qəbul edib. “Xetafe” “Osasuna” ilə, “Selta” isə “Valensiya” ilə üz-üzə gəlib. Hər üç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

İspaniya La Liqası

2-ci tur

19 sentyabr

Vilyarreal – Eybar 2:1

Qol: Moreno, 63. Alkaser, 71 – Kike, 50.

Xetafe – Osasuna 1:0

Qol: Mata, 54.

Selta – Valensiya 2:1

Qol: Aspas, 13; 57 – M.Qomes, 46.

20 sentyabr

18:00 Hueska – Kadis

20:30 Betis – Valyadolid

20:30 Qranada – Alaves

23:00 Real Sosyedad – Real

Bütün xəbərlər Facebook səhifəmizdə