"Liverpul" İngiltərə Premyer Liqasında yeni mövsümə qələbə ilə başlayıb

"Liverpul" İngiltərə Premyer Liqasında yeni mövsümə qələbə ilə başlayıb

"Liverpul" İngiltərə Premyer Liqasında yeni mövsümdə ilk oyununa çıxıb.

SİA xəbər verir ki, Yurgen Kloppun baş məşqçisi olduğu komanda ilk turda "Lids Yunayted"i qəbul edib. 7 qolun vurulduğu qarşılaşmada meydan sahibləri 4:3 hesabı ilə qalib gəlib.

"Liverpul" - "Lids Yunayted" - 4:3
Qollar: Salah, 4-pen (1:0), Harrison, 12 (1:1), Van Deyk, 20 (2:1), Bamford, 30 (2:2), Salah, 33 (3:2), Kliç, 66 (3:3), Salah, 88-pen (4:3)

Qeyd edək ki, "Liverpul" ötən mövsüm ölkə çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə