La Liqa açılışa qolsuz başladı

La Liqada 2020/2021 mövsümünə start verilib. SİA xəbər verir ki, ilk turunda açılış matçında "Eybar" "Selta"nı qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb.

"Eybar" - "Selta" - 0:0

Qeyd edək ki, bu gün "Qranada" - "Atletik" (saat 20:30) və "Kadiz" - "Osasuna" (saat 23:00) görüşləri də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə