"Başakşəhər" Super Liqada ilk pilləyə yüksəlib

"Başakşəhər" Super Liqada ilk pilləyə yüksəlib

Türkiyə Superliqasında 28-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Başakşəhər" səfərdə "Ankaragücü" ilə qarşılaşıb və 2:1 hesab ilə qalib gəlib.

"Ankaragücü" - "Başakşəhər" - 1:2
Qollar: Rodriqes, 12-pen (1:0), Aleksiz, 59 (1:1), Visça, 73 (1:2)

Bu qələbə ilə xalını 59-a çatdıran İstanbul təmsilçisi turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 27 oyundan 56 xalı olan "Trabzonspor" 2-ci, "Sivasspor" 52 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə