Ronaldunun 70 avroluq butsları FOTO

Ronaldunun 70 avroluq butsları FOTO

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yeni butslarını təqdim edib. SİA-nın məlumatına görə, portuqaliyalı hücumçu "Nike" brendinin hazırladığı ayaqqabılarını şəxsi "Instagram" hesabında paylaşıb.

Safari adı verilən butslar əvvəlkilərdən öz rəngi ilə fərqlənir. 35 yaşlı forvard bildirib ki, məhsulu istehsalçının rəsmi saytından əldə etmək olar.

Butsların qiyməti 70 avrodur.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayından "Yuventus"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə