Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək RƏSMİ

MotoGP üzrə Britaniya və Avstraliya Qran-priləri ləğv edilib. Bu barədə yarışın rəsmi saytı xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. Hər iki yarış 2021-ci ildəki təqvimdə yer alacaq.

MotoGP tarixində ilk dəfə mövsümdə Britaniya Qran-prisi olmayacaq.

Qeyd edək ki, daha öncə koronavirusa görə martın 8-də keçirilməsi planlaşdırılan Qətər Qran-prisi ləğv edilib. Britaniyadakı yarış 28 - 30 avqust, Avstraliya Qran-prisi isə 23-25 oktyabrda keçirilməli idi.

Bütün xəbərlər Facebook səhifəmizdə